Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli
422 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
beynəlxalq təşkilat yanında Daimi
Nümayəndəliyi haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli
422 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında
Əsasnamə"ni "Diplomatik xidmət
haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 5 aprel tarixli 598-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli
422 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 499; 2012,
¹ 11, maddə 1106) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının beynəlxalq təşkilat
yanında Daimi Nümayəndəliyi
haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər
edilsin:
1. 14-cü bəndin birinci yarımbəndi üzrə:
1.1. ikinci
cümlə üçüncü
cümlə hesab edilsin və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Daimi nümayəndənin müavini
təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir.";
1.2. üçüncü
cümlədə "müddət"
sözü "müddətlər"
sözü ilə əvəz edilsin;
2. 17-ci bənd üzrə:
2.1. birinci
yarımbəndə "funksiyalarını"
sözündən sonra
"daimi nümayəndənin
müavini icra edir. Həmin funksiyaları daimi nümayəndənin müavininin
(Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
25 may tarixli 408 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Səfirliyi haqqında
Əsasnamə"nin 17-ci bəndinin
ikinci yarımbəndində
nəzərdə tutulmuş
halda səfir müavininin) icra etməsi mümkün olmadıqda isə" sözləri əlavə
edilsin;
2.2. ikinci
yarımbənd aşağıdakı
redaksiyada verilsin:
"Əgər Daimi Nümayəndə eyni zamanda yerləşmə
dövlətində Azərbaycan
Respublikasının fövqəladə
və səlahiyyətli
səfiridirsə, o, hər
hansı səbəbdən
funksiyalarını icra
etmək iqtidarında
olmadığı halda,
onun səfir funksiyalarını səfir
müavini, o olmadıqda
isə daimi nümayəndənin müavini
icra edir.";
2.3. üçüncü
yarımbənddən "Müvəqqəti
işlər vəkilinin
və ya" sözləri çıxarılsın;
3. 20-ci bəndin ikinci cümləsində
"Azərbaycan Respublikasının
müvəqqəti işlər
vəkilinə və ya Daimi Nümayəndənin
səlahiyyətlərini icra
edən şəxsə"
sözləri "Daimi Nümayəndənin
funksiyalarını icra
edən şəxsə"
sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.