Qırğız Respublikasının Prezidenti zati-aliləri cənab Almazbek Atambayevə

 

Hörmətli Almazbek Şarşenoviç!

 

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizibütün Qırğızıstan xalqını milli bayram - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, dərin tarixi köklərə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Qırğızıstan xalqına firavanlıq və tərəqqi diləyirəm.

 

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.