Malayziyanın Ali Başçısı əlahəzrət
Əl-Mutasimu Billahi Muhibbuddin
Tuanku əl-Hac Abdul Halim Muadzam Şah
ibni əl-Mərhum Sultan
Badlişaha
Əlahəzrət!
Malayziyanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı Azərbaycan
xalqı adından və şəxsən öz
adımdan səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Malayziya
münasibətləri və dostluq əlaqələri
genişlənərək və inkişaf
edərək, ölkələrimizin və
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş
arzularımı yetirir, dost
Malayziya xalqına daim
əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.