Sloveniya Azərbaycan ilə əməkdaşlığın
daha da inkişaf
etdirilməsində maraqlıdır
Azərbaycan
Respublikasının fövqəladə hallar
naziri, general-polkovnik Kəmaləddin
Heydərov ölkəmizdə səfərdə olan Lyublyana şəhərinin
meri Zoran Yankoviç başda olmaqla Sloveniyanın müdafiə naziri Roman Yakiç
və iqtisadi inkişaf
və texnologiyalar naziri
Stanko Stepişnik ilə
görüşmüşdür.
Fövqəladə
Hallar Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
nazir qonaqlara respublikada fövqəladə halların
qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində
görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı
məlumat vermişdir. Eyni zamanda, hər iki ölkənin
müvafiq qurumları arasındakı əməkdaşlıq
əlaqələrinin daha da
inkişaf etdirilməsinin vacibliyini
vurğulamışdır.
Qonaqlar da öz növbələrində
ölkələrinin Azərbaycan ilə əməkdaşlıqda
maraqlı olduqlarını qeyd etmiş və bu kimi görüşlərin gələcəkdə
hər iki ölkənin əlaqələrinin
genişləndirilməsi baxımından geniş
imkanlar açacağına ümid etdiklərini vurğulamışlar.
Görüşdə
mütəmadi fikir və təcrübə
mübadiləsinin əhəmiyyəti vurğulanmış, eyni zamanda,
qarşılıqlı maraq doğuran digər məsələlər
haqqında geniş müzakirələr
aparılmışdır.
***
Azərbaycanın
xarici işlər naziri
Elmar Məmmədyarov Lyublyana
şəhərinin meri Zoran
Yankoviç başda olmaqla Sloveniyanın müdafiə naziri Roman Yakiçin
və iqtisadi inkişaf
və texnologiyalar naziri
Stanko Stepişnikin daxil olduğu nümayəndə
heyəti ilə görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Elmar
Məmmədyarov Azərbaycan-Sloveniya ikitərəfli
münasibətlərinin müxtəlif sahələr üzrə
inkişafından məmnunluğunu ifadə etmişdir.
Ölkələrimiz arasında siyasi
münasibətlərin yüksək səviyyədə olduğunu
qeyd edən nazir beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın
möhkəmləndirilməsinin əhəmiyyətini
vurğulamışdır. Diqqətə
çatdırmışdır ki, turizm, logistika, infrastruktur kimi sahələrdə
iki ölkənin işgüzar
dairələrinin əməkdaşlığı üçün geniş imkan vardır.
Azərbaycana səfərindən
məmnunluğunu bildirən Zoran Yankoviç ölkəmizdə müşahidə
etdiyi dinamik inkişafdan təsirləndiyini
vurğulamışdır. O, Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin
genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. Diqqətə
çatdırmışdır ki, Sloveniya Azərbaycan ilə əməkdaşlığını
daha da genişləndirməkdə
maraqlıdır.
Görüşdə,
həmçinin qarşılıqlı maraq
doğuran bir sıra regional və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.