Azərbaycan
nümayəndə heyəti Brüsseldə səfərdə
olmuşdur
İqtisadi inkişaf naziri, Azərbaycan
Respublikasının Avropaya
İnteqrasiyası üzrə Dövlət Komissiyasının
sədri Şahin Mustafayevin
rəhbərlik etdiyi nümayəndə
heyəti Avropa İttifaqının
(Aİ) genişləndirilməsi və Avropa
qonşuluq siyasəti üzrə
komissarı Ştefan Fülenin
dəvəti əsasında Brüsseldə səfərdə olmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
səfər zamanı Şahin Mustafayev Avropa
Komissiyasının vitse-prezidenti, Aİ-nin nəqliyyat üzrə komissarı S.Kallas, Aİ-nin genişləndirilməsi
və Avropa qonşuluq
siyasəti üzrə komissarı Ş.Füle
və Avropa İnkişaf
Bankının (AİB) vitse-prezidenti V.Moltererlə
görüşlər keçirmişdir.
Nazir Ş.Mustafayev nəqliyyat üzrə komissar S.Kallasla
görüşdə Azərbaycanda və regionda
həyata keçirilən nəqliyyat layihələri barədə
ətraflı məlumat verərək, Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsinin əhəmiyyətindən
danışmış və bunun Cənubi
Qafqaz regionunda regional əməkdaşlığın
inkişafının
bariz nümunəsi olduğunu
bildirmişdir. Ş.Mustafayev
tam regional
inkişafın və əməkdaşlığın
yalnız Ermənistan tərəfindən işğal
edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra
mümkün ola biləcəyini
diqqətə çatdırmışdır.
Komissar Kallas Azərbaycanın mürəkkəb coğrafi məkanda yerləşdiyini çox yaxşı anladığını və
ölkənin bölgədə sabitləşdirici rol oynadığını qeyd
edərək, Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinin Aİ tərəfindən dəstəkləndiyini
bildirmiş və bu mühüm regional nəqliyyat
layihəsinin
bölgədə sülh və təhlükəsizliyə
töhfə verəcəyini vurğulamışdır.
Nazirin komissar Füle ilə
görüşdə Azərbaycan ilə Aİ arasında əlaqələrin
mövcud vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi imkanlarına dair geniş fikir mübadiləsi
aparılmışdır. Ştefan Füle Azərbaycanın Avropa
İttifaqı üçün müstəqil və
etibarlı tərəfdaş olduğunu
vurğulamış, Aİ tərəfindən ölkəmizin
suverenliyinin və ərazi bütövlüyünün
dəstəkləndiyini qeyd etmişdir.
Ş.Füle Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin bu ilin iyununda
Brüsselə səfərini yüksək qiymətləndirərək,
bu səfərin Avropa
İttifaqı-Azərbaycan münasibətlərinin bir sıra strateji istiqamətlər
üzrə inkişafına töhfə verdiyini
diqqətə çatdırmışdır.
Görüş zamanı Şahin Mustafayev Aİ ilə
əməkdaşlığın ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən
biri olduğunu qeyd etmiş, Avropa İttifaqı ölkələrinin Azərbaycan
iqtisadiyyatına qoyulmuş
investisiyaların həcminə görə öncül
yer tutduğunu və
ölkəmizin əsas xarici ticarət tərəfdaşı
olduğunu bildirmişdir.
İqtisadi inkişaf naziri, həmçinin
regiondakı siyasi-iqtisadi vəziyyət
barədə də geniş məlumat vermiş, regionun gələcək
inkişafının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri əsasında
həll edilməsindən asılı olduğunu
vurğulamışdır.
Görüşdə
iqtisadi inkişaf naziri Ş.Mustafayev və komissar Ş.Füle tərəfindən
Aİ ilə Azərbaycan arasında fəaliyyət planı
üzrə maliyyələşdirmə sazişi
imzalanmışdır.
Ş.Mustafayev Brüsselə səfəri
çərçivəsində Avropa İnkişaf Bankının vitse-prezidenti
V.Moltererlə də görüşmüşdür.
Görüşdə Azərbaycan Respublikası ilə Avropa İnkişaf
Bankı arasında gələcək əməkdaşlıq
imkanları barədə fikir mübadiləsi
aparılmışdır.
Görüşün sonunda
Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında AİB-in Azərbaycanda fəaliyyətini tənzimləyən
çərçivə sazişi
imzalanmışdır.
Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.