Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev avqustun 30-da Horadiz sərhəd dəstəsində Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, vətəndaşlar əsasən DSX-də xidmətə qəbul, sərhədyanı yaşayış məntəqələrində mövcud sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciət etmişlər.

Vətəndaşların şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər DSX-nin aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə araşdırılmış və əksər məsələlər yerindəcə həllini  tapmışdır. Digər müraciətlərin isə öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını söyləmiş, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.