Dövlət Gömrük Komitəsinin sədri Astarada vətəndaşları qəbul etmişdir
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin
şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük
Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Aydın Əliyev avqustun
30-da Astara Rayon Mədəniyyət
Evində vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, qəbulda cənub
bölgəsində yerləşən rayonlardan
- Astara, Lənkəran, Masallı, Lerik və Yardımlıdan olan
vətəndaşların müraciətləri dinlənilmişdir.
Vətəndaşların
müraciətlərinin əksəriyyəti işə qəbul,
Astara Gömrük
İdarəsinin fəaliyyəti, qonşu
İran İslam
Respublikasından gətirilən mallar,
sahibkarlıq fəaliyyəti və digər məsələlərlə
bağlı olmuşdur.
Komitə
sədri Aydın Əliyev hər bir vətəndaşın
müraciətinin diqqətlə araşdırılması və
qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq
strukturların rəhbərlərinə
tapşırıqlarını vermişdir.
Qəbulda
qaldırılan məsələlərin bir
çoxu yerindəcə həllini
tapmışdır.
Komitənin səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara çatdırılmaq üçün
nəzarətə götürülmüşdür.
Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.