Forumda iştirak
edən gənclər dünyanın ən yaxşı
universitetlərində təhsil alan və
məzun olmuş kadrlardır
Forumda iştirak
edən gənclər dünyanın ən yaxşı
universitetlərində təhsil alan və
məzun olan seçilmiş
kadrlardır. Forum müddətində
dövlət qurumlarına və özəl şirkətlərə
belə insanlardan yararlanmaq
imkanı verilir.
AzərTAc xəbər
verir ki, bu sözləri Xaricdə Təhsil Alan və Məzun Olmuş
Gənclərin Beynəlxalq Forumunun (ASAIF)
XI Yay Forumunda iştirak edən ASAIF-ın sədri Ramin Həkimov jurnalistlərə müsahibəsində
demişdir. Bildirmişdir
ki, ASAIF həm ölkədə, həm də
xaricdə keçirilən forumlarında əmək
yarmarkaları təşkil edir. Əmək
yarmarkalarına dövlət qurumları və özəl
şirkətlərdən nümayəndələr gəlirlər.
Gənclər CV təqdim edirlər və işlə təmin
olunurlar.
Sədr
ASAIF-ın XI Yay Forumunun
xaricdə bu il təhsil
almağa gedəcək olan
gənclər, hazırda təhsil alanlar,
artıq təhsilini bitirib məzun olmuş və işlə təmin edilən, cəmiyyətdə
müəyyən mövqeyə gəlib çatmış
insanların birgə forumu olduğunu
söyləmişdir.
Nəzərə çatdırmışdır ki, tamamilə fərqli və səmimi bir atmosferdə aparılan forumda
750-dən artıq gənc və rəsmi heyət iştirak edir və təcrübə
mübadiləsi aparır.
R.Həkimov əvvəllər
forumun iki gün keçirildiyi halda, bu dəfə artıq 2 gün
rəsmi, bir gün
qeyri-rəsmi olmaqla 3 gün
davam edəcəyini söyləmişdir.
Qeyd etmişdir ki, müxtəlif mövzularda
təşkil olunan panellərdə gənclərlə
müzakirələr aparılacaqdır. Bu,
gənclərin artıq öz təkliflərini
azad və sərbəst şəkildə
ifadə edə bilmələri deməkdir.
Sentyabrın
1-də isə Qəbələyə səfər təşkil
ediləcəkdir. Orada da
Təhsil Nazirliyinin əməkdaşları
ilə müzakirələr keçiriləcək, Azərbaycan
Ağsaqqallar Şurasının üzvləri ilə görüş
olacaqdır.
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 8.