ASAIF-ın ənənəvi
yay forumları gənclərin şəbəkələşməsi
üçün mühüm
vasitədir
Xaricdə Təhsil
Alan və Məzun Olmuş
Gənclərin Beynəlxalq Forumunun (ASAIF)
ənənəvi yay forumları gənclərin
şəbəkələşməsi üçün
mühüm vasitədir.
Bu sözləri ASAIF-ın avqustun 30-da
Bakıda "Bizim forum, bizim seçim, bizim Azərbaycan"
devizi altında keçirilən XI Yay Forumunda iştirak edən
"İrəli" İctimai Birliyin (İB) sədri Rauf Mərdiyev
AzərTAc-a müsahibəsində demişdir.
Rauf Mərdiyev bildirmişdir ki, tədbirə
600-ə yaxın azərbaycanlı gənc
toplaşmışdır. Onların hamısı xaricdə təhsil
almış və hazırda təhsilini davam
etdirən gənclərdir. Bu gənclərin
böyük əksəriyyəti gələcəkdə
Azərbaycanda təcrübəli və ixtisaslı kadrlar kimi çox
mühüm vəzifələrdə
çalışacaqlar. Bu baxımdan
onların şəbəkələşməsi və birləşməsi
çox müsbət haldır.
Rauf Mərdiyev
vurğulamışdır ki, bu tədbirin müsbət cəhətlərindən
biri odur ki, forum ailə mühiti yaradır, hər kəsi bir araya gətirir, eyni zamanda, burada
iştirak edən gənclər öz üzərlərində dövlətin
qayğısını, diqqətini, etimadını hiss
edirlər. Gənclərimizin onları maraqlandıran məsələləri
və sualları rəsmilərlə birgə müzakirə
edə bilmələri çox mühüm amildir.
R.Mərdiyev qeyd etmişdir ki, XI Yay Forumunun
açılış mərasimində "İrəli" İctimai Birliyin (İB) və
ASAIF-ın birgə reallaşdırdıqları "İnsan resursları təlimi"nin
iştirakçılarına sertifikatlar təqdim
olunmuşdur. Bu hadisə
hər iki təşkilatın birgə keçirdiyi uğurlu
layihələrdəndir. Ümid edirik ki, belə layihələr
bundan sonra da davamlı olacaqdır.
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 8.