Fərhad Məmmədov: Forum təşkilatçılarının əsas məqsədlərindən biri gənclərlə dövlət arasında vasitəçi funksiyasını həyata keçirməkdir

 

Forum təşkilatçılarının əsas məqsədlərindən biri gənclərlə dövlət arasında vasitəçi funksiyasını həyata keçirməkdir.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) XI Yay Forumunda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov demişdir.

F.Məmmədov bildirmişdir ki, həm dövlət, həm özəl sektor burada olan gənc kadrlardan xəbərdar olmalı və bu potensialdan Azərbaycanın gələcəyi üçün istifadə etməlidir.

Direktor qeyd etmişdir ki, forumun iştirakçılarının sayı ilbəil artır və eyni zamanda, məzmun baxımından proqramı zənginləşir. Forumun əsas hədəfi ondan ibarətdir ki, xaricdə təhsil alan tələbələr bir-birilərini tanısınlar, dövlətimizin bugünkü reallıqlarını, nailiyyətlərini təhsil aldıqları ölkələrdə geniş təbliğ etsinlər.

 

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 8.