Braziliyalı tələbələrə
Azərbaycan haqqında ətraflı məlumat verilmişdir
Azərbaycanın
Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin
aparıcı ali təhsil ocaqlarından biri olan Braziliya
Ali Təhsil İnstitutunun
müəllim-tələbə heyəti qarşısında
çıxış etmişdir.
Səfirlikdən AzərTAc-a
bildirmişlər ki, Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin
dinamikası və perspektivləri haqqında danışan
E.Sultanov ölkəmizin tarixi və mədəniyyəti,
xarici siyasəti və iqtisadi inkişafı, regional və beynəlxalq
müstəvidə oynadığı rol, həmçinin Ermənistanın
torpaqlarımıza təcavüzü haqqında məlumat
vermişdir.
Bu il Azərbaycan-Braziliya diplomatik əlaqələrinin
20 illiyinin tamam olduğunu vurğulayan səfir E.Sultanov
iqtisadi, siyasi, humanitar və digər sahələrdə
qarşılıqlı əməkdaşlığın
sürətlə inkişaf etdiyini auditoriyanın diqqətinə
çatdırmış və bir çox sahələrdə
əməkdaşlıq üçün geniş
potensialın olduğunu vurğulamışdır.
Sonra universitetin rektoru Eda Kutinyo
çıxış edərək Braziliya-Azərbaycan
münasibətlərinin əhəmiyyətindən
danışmış və iki ölkənin ali təhsil
ocaqları arasında tərəfdaşlıq əlaqələrinin
yaradılmasının, tələbə mübadiləsinin
vacibliyindən bəhs etmişdir.
Səfir E.Sultanov müəllim və tələbələrin
çoxsaylı suallarını
cavablandırmışdır.
Səfirlik tərəfindən
instituta Azərbaycan xalçası, həmçinin
ölkəmizin tarixi, mədəniyyəti
və müasir inkişafı haqqında materiallar hədiyyə edilmişdir.
AzərTAc
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 8.