«Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının "İstiqlal" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24, maddə 677; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 141) ilə təsdiq edilmiş "İstiqlal" ordeninin təsviri"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü hissədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin.

2. Dördüncü hissədə:

2.1. ikinci abzasda "27 mm" sözləri "37 mm" sözləri ilə əvəz edilsin, "göy çalarlı" sözlərindən əvvəl "6 qızılı xətli," sözləri əlavə edilsin;

2.2.  üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

"paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, 6 maili qızılı zolaqlı, göy çalarlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü təbəqə bərkidilir;";

2.3. dördüncü abzasda "üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan" sözləri "ölçüsü 37 mm x 10 mm olan 2 ədəd" sözləri ilə əvəz edilsin və abzasa aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

"Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 3 dekabr.- S. 4.