«Azərbaycan Respublikasının
«Şöhrət» ordeninin statutunun
və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24, maddə 679; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 141; 2007, ¹ 11, maddə 1076) ilə təsdiq edilmiş "Şöhrət" ordeninin təsviri"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Qızılı rəngli lentin yuxarısında 9 mm diametrdə olan səkkizguşəli qızılı rəngli ulduz yerləşir.".
2. Üçüncü hissədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin.
3. Dördüncü hissədə "27 mm x 47,5 mm" sözləri "37 mm x 50 mm" sözləri ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.".
4.
Beşinci hissədə "üzərində alov simvolu təsvir
edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9
mm" sözləri "eyni xara lentdən
hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 3 dekabr.- S. 4.