Bakıda «BakuTel-2013» XIX Azərbaycan Beynəlxalq

 telekommunikasiyainformasiya texnologiyaları

 sərgisi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur

 

 

Dekabrın 2-də Bakı Sərgi Mərkəzində "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.

 İqtisadisosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sektorunda (İKT) da dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir. İKT-nin iqtisadiyyatda artan çəkisi son illər ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilməsini də şərtləndirmişdir. Artıq ənənəyə çevrilmiş "BakuTel"  sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir.

Bu il 19-cu dəfə keçirilən "BakuTel" sərgisi ötən illər ərzində telekommunikasiya aləmində mühüm hadisəyə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması "BakuTel"in nüfuzunu sübut edən amillərdir.

Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bunun əyani təzahürüdür. "İKT ili"nin ilk əlamətdar hadisəsi "Azərspace-1" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması olmuşdur. Ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən diqqətin davamlılığından xəbər verir. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti artıq ilk tələbələrini qəbul etmişdir.

Builki sərgi və konfransın "İKT ili" çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır. Ümumiyyətlə, "İKT ili"  "BakuTel-2013" sərgisinin bütün ekspozisiyasında xüsusi olaraq nəzərə çarpır. Sərgiyə marağın artmasını təsdiq edən digər amillər isə builki ekspozisiya meydançasının 35 faiz genişləndirilməsi və "BakuTel-2013"də dünyanın 28 ölkəsindən 300 şirkətin iştirak etməsidir. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır.

Sərgidə hər il fəal iştirak edən ölkələrə bu il ABŞ, İtaliya, Əfqanıstan və bir sıra digər dövlətlər də qoşulmuşdur. Sərginin iştirakçıları telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabelsimsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı, İT və ofis texnologiyaları seqmentləri, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.  

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət başçısı İlham Əliyevə məlumat verdi ki, "BakuTel" sərgisində ilk dəfə olaraq "İnnovativ məhsullar və həllər" adlı Azərbaycan milli pavilyonu  yaradılmışdır. Burada son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur. Bildirildi ki, Azərbaycanda əhalinin 70 faizi  internet istifadəçisidir. Onların 50 faizi genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G  texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunmuşdur. "Elektron hökumət" həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin  səviyyəsi artır. Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri olan Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin EPEG layihəsində iştirakı isə  internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olmuşdur.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyevə "Dünya Azərbaycanlılarının onlayn Forumu" haqqında da məlumat verildi. Onlayn konfrans sərgi müddətində davam edəcəkdir. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ, Almaniya, Fransa, Hollandiya, Rusiya, Ukrayna və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ofislərində xüsusi avadanlıq quraşdırılmışdır.

Prezident İlham Əliyev onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri qarşısında çıxış edərək dedi:

- Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişlənir. İndi demək olar ki, Avropanın əksər ölkələrində diaspor təşkilatları vardır. Onlar təşkilatlanıblar, gözəl fəaliyyət göstərirlər. Eyni zamanda, bu gün Amerika Birləşmiş Ştatlarında, MDB məkanında - Ukraynada, Rusiyada, ümumiyyətlə, müxtəlif ölkələrdə azərbaycanlılar təşkilatlanıblar. Bu gün xaricdə yaşayan azərbaycanlılar üçün yeni imkanlar yaradılır. Eyni zamanda, Azərbaycanın dövlət maraqlarının daha da dolğun şəkildə təmin edilməsi üçün diaspor təşkilatlarının rolu çox böyükdür.

Müxtəlif ölkələrə səfərlərimdə xaricdə yaşayan azərbaycanlılarla çoxsaylı görüşlər zamanı bütün bu məsələlər geniş müzakirə edilmişdir. Bakıda keçirilmiş diaspor forumlarında mən öz ürək sözlərimi demişəm. Bir daha demək istəyirəm ki, bu gün güclü diaspor güclü Azərbaycanın imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan hər bir azərbaycanlı hesab edirəm, haqlı olaraq qürur hissi keçirir ki, bu gün dünyada güclü Azərbaycan dövləti vardır.

Siz həmişə bilirsiniz və bilməlisiniz ki, sizin arxanızda güclü, güclənən, inkişafda olan, bu gün dünya miqyasında böyük hörmətə malik Azərbaycan dövləti dayanır. Eyni zamanda, sizin fəaliyyətiniz Azərbaycanın dövlət maraqlarının qorunması baxımından bizim üçün çox vacibdir. Bax, bu birlik bizi daha da gücləndirir.

Bu gözəl elektron xidmət vasitəsilə sizinlə bu gün təmasda olmağımdan çox məmnunam. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun!

Videokonfrans iştirakçıları dövlət başçısına təşəkkür etdilər.

"BakuTel-2013" sərgisində ilk dəfə olaraq BMT-nin stendiyer almışdır. Stenddə  BMT-nin İnkişaf Proqramı çərçivəsində dörd sahə üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq layihəsi əksini tapmışdır. Bunlar demokratik idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır.

Stendin qarşısında xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə tanış oldu. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya  xidmətlərini  geniş çeşiddə məhsulları, həmçinin Sür@ ticarət nişanı ilə 3G mobil internet xidmətlərini istifadəçilərinə təklif edir. Bakcell şəbəkəsi ölkənin əhalisinin 99, ərazisinin isə 92 faizini əhatə edir. Sür@ xidməti yeni tərəfdaşlıqlar vasitəsilə Azərbaycan əhalisini yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir.

Dövlət başçısı "Delta Telekom" MMC-nin fəaliyyətini əks etdirən pavilyonda da oldu. Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan "Delta Telekom" rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan "Delta Telekom" dayanıqlı supermagistrala sahibdirregionun ən iri internet supermagistralı da "Delta Telekom"a məxsusdur.

"AzərFon" MMC 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin brendi olan "Nar mobile" hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. "Nar mobile" Azərbaycanda 3G  xidmətlərini göstərən  ilk mobil operatordur. Şirkət Azərbaycanda İKT sahəsinin inkişafına misilsiz töhfələr verən və ölkədə mütərəqqi mobil texnologiyaları tətbiq edən  ticarət  nişanı kimi tanınmışdır.

Sərgidə "Aztelekom" İstehsalat Birliyiiştirak edir. Azərbaycanın milli rabitə operatoru olaraq "Aztelekom"  İstehsalat Birliyi tərəfindən  fərdi və korporativ müştərilərə, rabitə operatorlarına  və digər istifadəçilərə müxtəlif xidmətlər göstərilir. Şirkət tərəfindən yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının regionlarda fəal tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış "Aztelekom.NET" internet provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir.

2010-cu ildə "AzQtel" MMC şirkəti tərəfindən yaradılan SAZZ əmtəə nişanı Azərbaycanda "4G Mobile WiMAX" texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur. SAZZ 4G internet xidmətinə paytaxt Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərləri, habelə Abşeron yarımadasının qəsəbələri daxildir.

Prezident İlham Əliyev "Hitachi" şirkətinin pavilyonunda da oldu. Şirkət müasir texnologiyaların tətbiqi sahəsində geniş nüfuza malikdir.

2010-cu ildə yaradılan "Azərkosmos" ASC Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatorudur. Bu il Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azərspace-1"in uğurla  orbitə çıxarılması ilə şirkət öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlamışdır. "Azərspace-1" peykinin qabaqcıl dizaynı və yüksək texnoloji  göstəriciləri bu gün "Azərkosmos"a Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionunda keyfiyyətli peyk xidmətləri göstərməyə imkan verir.

Sərgidə Fransanın "Arianespace" kosmik-raket şirkəti də təmsil olunur. Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1" də məhz bu şirkətin raketdaşıyıcısı ilə orbitə çıxarılmışdır.

Dövlət başçısı sərgidə "Euronews" telekanalının müxbirinə müsahibə verdi.

 

Azərbaycan.-2013.- 3 dekabr.- S.2.