Bakıda «Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və

 perspektivlər» mövzusunda konfrans işə başlamışdır

 

Dekabrın 2-də Bakıda "Bakutel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi çərçivəsində "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbir BMT-nin ixtisaslaşmış informasiya-kommunikasiya texnologiyaları (İKT) agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı, Dünya İqtisadi Forumu və "İnterpol"un dəstəyi, "HP" şirkətinin sponsorluğu ilə Azərbaycan hökuməti tərəfindən təşkil edilmişdir.

Açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, konfrans internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübə mübadiləsini təmin və təşviq etmək məqsədini daşıyır. Bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik və şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri qlobal gündəlikdə duran ən mühüm prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, uğurlu qərarların qəbulu və həyata keçirilməsi vacibdir.

Əli Abbasov  qeyd etmişdir ki, Azərbaycan bu sahədə mövcud olan problemlərin həllində maraqlıdır. Bu gün ölkəmizin kiberhücumlara məruz qalması danılmaz faktdır. Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması üzrə ardıcıl  aparılır. Virtual məkanın təhlükəsizliyinin tam təmin olunması üçün qanun layihəsi hazırlanır.

BTİ-nin baş katibi Hamadun Ture təmsil etdiyi qurumun bu sahədə fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki,  dünya əhalisinin üçdə ikisi hələ də internetdən istifadə etmək imkanından məhrumdur. Baş katib qeyd etmişdir ki,  BMT-nin qurumları və üzv dövlətlər tərəfindən kibertəhlükəsizlik sahəsində  razılıq əldə olunmuşdur və maraqlı tərəflər bu prosesə qoşulmalıdırlar.

Konfrans öz işini plenar sessiyalarda davam etdirmişdir.

Sessiyalarda Avropa Parlamentinin üzvü Kristina Ojuland, Monteneqro hökumətinin iqtisadi siyasət maliyyə üzrə Baş nazirinin müavini Vujica Lazoviç, Əfqanıstan İslam Respublikasının rabitə   informasiya texnologiyaları naziri Əmirzay Sangin, İraqın rabitə  naziri Torhan M.Əl-Müfti digər nümayəndələr çıxış edərək əməkdaşlıq perspektivlərindən danışmış, kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələr aparmışlar.

Beynəlxalq konfrans öz işini dekabrın 3-də davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 3 dekabr.-S.9.