Laos Xalq Demokratik Respublikasının
Prezidenti zati-aliləri cənab Çoummali Sayasoneyə
Hörmətli
cənab Prezident!
Ölkənizin milli bayramı -
Respublika günü münasibətilə Sizi və
bütün xalqınızı Azərbaycan xalqı
adından və şəxsən öz adımdan ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan
Respublikası ilə Laos Xalq Demokratik Respublikası
arasındakı münasibətlər xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
xalqınıza sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 29 noyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.1.