Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma

 

Əlahəzrət!

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

 Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı, 29 noyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.1.