«Bakutel-2013» XIX Azərbaycan Beynəlxalq telekommunikasiya-informasiya

 texnologiyaları sərgisində AzərTAc da öz stendi ilə təmsil olunur

 

Xəzər və Qafqaz regionlarının ən böyük telekommunikasiya-informasiya texnologiyaları sərgisi olan "Bakutel-2013"-də AzərTAc da öz stendi ilə təmsil olunur.

Stenddə AzərTAc-ın müxtəlif illərdə hazırladığı çapmultimedia məhsulları, o cümlədən "Gəzdim Azərbaycanı" layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından söhbət açan videoreportajlar nümayiş etdirilir.

Ekspozisiya ilə tanış olan ziyarətçilərə İKT-nin geniş imkanlarından bəhrələnən və 6 dildə xəbər yayan AzərTAc-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşoufotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.

Ənənəvi olaraq hər il keçirilən "Bakutel" sərgisinin media tərəfdaşı olan AzərTAc-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

 

Azərbaycan.-2013.- 4 dekabr.- S.5.