Heydər Əliyev Mərkəzində «Kosmosa səyahət»

 sərgisinin ilk dünya təqdimatı olmuşdur

 

Dekabrın 3-də Heydər Əliyev Mərkəzində ABŞ-ın KosmikRaket Mərkəzinin "Kosmosa səyahət" sərgisinin ilk dünya təqdimatı olmuşdur.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov "Kosmosa səyahət" sərgisinin açılışı mərasimində çıxış edərək  demişdir: "Sərginin bu il açılması çox əlamətdardır. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. Bu il fevralın 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılmışdır".

Heydər Əliyev Mərkəzinin artıq beynəlxalq sərgilər, konfranslar keçirildiyi məkana çevrildiyini deyən Anar Ələkbərov bu sərginin ərsəyə gəlməsində dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və tərəfdaş təşkilatlara təşəkkürünü bildirmişdir.

ABŞ-ın KosmikRaket Mərkəzinin icraçı direktoru Debra Barnhart bu möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinə təşəkkür etmişdir. O demişdir ki, sərgidə insanın kosmos sahəsində nailiyyətlərini əks etdirən eksponatlar nümayiş olunur. D.Branhart bildirmişdir ki, ABŞ-ın KosmikRaket Mərkəzi dünya üzrə gənclərin məlumatlandırılması ilə məşğul olurbu sərgi də Azərbaycan gənclərini insanın kosmos sahəsində əldə etdiyi uğurlarla tanış  etmək məqsədi daşıyır. O, Azərbaycan xalqını ölkənin ilk süni peykinin orbitə buraxılması münasibətilə təbrik etmişdir.

Alabama Elmi Kosmik Sərgisinin direktoru Rusvet Levis bildirmişdir ki, sərginin məqsədi kosmos sahəsində yalnız keçmişdə olanları nümayiş etdirmək deyil, eyni zamanda, gələcəkdə insanların hansı nailiyyətlərə imza ata biləcəyini görmək üçün zəmin yaratmaqdır. "Ona görə də belə sərgiləri dünyanın hər yerində nümayiş etdirməklə biz əsasən gənclərin diqqətini cəlb etməyə çalışırıq", - deyə o vurğulamışdır.

Həmyerlimiz, Bakıda anadan olmuş kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov belə bir sərginin doğma Azərbaycanın paytaxtında keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edərək demişdir: "Azərbaycan mənim Vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin  sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olmuşdur. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaqdır".

Sonra sərgi ilə tanışlıq oldu. Sahəsi 3500 kvadratmetr olan sərgidə yüzədək eksponat nümayiş etdirilir. Onların arasında kosmik stansiyalar, kosmosda olmuş aparatlarAy səthindən gətirilmiş orijinal daş parçası, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. vardır.

Sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olmuşdur. Burada Azərbaycanın ilk süni peyki barədə məlumatlar, onun maketiyer almışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 4 dekabr.- S.6.