Fransanın «TV5 Monde» telekanalında Azərbaycana

 həsr olunmuş proqram yayımlanır

 

Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın "TV5 Monde" telekanalı arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin telekanalın "ITINERIS" proqramının iki buraxılışı Azərbaycana həsr olunmuşdur.

Telekanalın əməkdaşları tərəfindən "Azərbaycan: Bakı və regionların irsi" adlı videoçarx hazırlanmışdır. İki hissədən ibarət olan videoçarxın ilk hissəsi artıq "TV5 Monde" telekanalında yayımlanmışdır. On üç dəqiqəlik bu videoçarxda Bakının tarixi-mədəni arxitekturaları, həmçinin milli mətbəxi haqqında məlumat verilir. Proqramın Quba şəhərinə həsr olunacaq ikinci buraxılışı isə dekabrın 5-də yayımlanacaqdır.

Videoçarxı http://www.tv5.org/cms/chaine-francophone/cultures/Tous-les-dossiers/ITINERIS/galerie/p-26892-Azerbaidjan-Bakou.htm linki vasitəsilə izləmək olar.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 4 dekabr.- S.7.