«Azərbaycan
Respublikasının «Vətən uğrunda» medalının təsvirinin
təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
9-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikasının "Vətən uğrunda"
medalının təsvirinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının 2000-ci il 8
dekabr tarixli 34-IIQ nömrəli Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 11)
aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin
qanunla təsdiq edilmiş "Vətən uğrunda"
medalının təsviri"ndə:
1.1. birinci hissədə "girdə" sözü "dairəvi" sözü ilə əvəz edilsin;
1.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
"Medalın mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin, onun altında iki kəsişən qılıncın təsviri yerləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinin yuxarısında çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.";
1.3. üçüncü hissədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin;
1.4. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Tünd palıdı rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq palıdı rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, aşağı hissəsinə milli ornament təsvirli, 40 mm x 7 mm ölçülü qızılı rəngli təbəqə bərkidilmişdir.";
1.5. beşinci hissədə "üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.
2. Həmin qanuna əlavə edilmiş "Vətən uğrunda" medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.2.