«Azərbaycan Respublikasının
«Polis veteranı» medalının Əsasnaməsinin və təsvirinin
təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikasının 2013-cü il 30 sentyabr tarixli 738-IVQD
nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
"Polis veteranı" medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2013-cü il 30 sentyabr tarixli 738-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 738-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.2.