«Azərbaycan
Respublikasının «Qüsursuz xidmətə görə»
medalının Əsasnaməsinin və təsvirinin təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikasının 2002-ci
il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2013-cü il 30 sentyabr tarixli 735-IVQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 735-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 735-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.-1
dekabr.-S.2.