«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 682-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 497; 1999, ¹ 5, maddə 285; 2001, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr 672, 687, 693; 2002, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə 328; 2003, ¹ 6, maddə 256; 2004, ¹ 4, maddə 199, ¹ 6, maddə 396, ¹ 7, maddə 507; 2006, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1052, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 46, ¹ 12, maddə 949; 2010, ¹ 11, maddə 962; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 7, maddə 616; 2012, ¹ 6, maddə 510) aşağıdakı məzmunda 31-1-ci maddə əlavə edilsin:

"Maddə 31-1. Qeysəriyyə kəsiyi əməliyyatı

 

 

 

Qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.

Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.".                                                                        

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan.-2013.-5 dekabr.-S.1.