«Əhalinin sağlamlığının
qorunması haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 497; 1999, ¹ 5, maddə 285; 2001, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr 672, 687, 693; 2002, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə 328; 2003, ¹ 6, maddə 256; 2004, ¹ 4, maddə 199, ¹ 6, maddə 396, ¹ 7, maddə 507; 2006, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1052, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 46, ¹ 12, maddə 949; 2010, ¹ 11, maddə 962; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 7, maddə 616; 2012, ¹ 6, maddə 510) 56-cı maddəsinə aşağıdakı məzmunda altıncı hissə və "Qeyd" hissəsi əlavə edilsin:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd:
1. Bu
maddənin altıncı hissəsində "müvafiq icra
hakimiyyəti orqanı tərəfindən tətbiq edilən
cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən
inzibati xəta haqqında protokol tərtib edilərək
baxılması üçün məhkəməyə
göndərilən inzibati xətalar haqqında işlər
üzrə tətbiq edilən cərimələr başa
düşülür.
2. Bu
maddənin altıncı hissəsində nəzərdə
tutulmuş "vəzifə (tarif) maaşlarına əlavə"
verilən işçilərin siyahısını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.".
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 29 oktyabr 2013-cü il
Azərbaycan.-2013.-5
dekabr.-S.1.