«Mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların
siyahısı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər tutaraq, "Mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların
siyahısı haqqında" Azərbaycan Respublikasının
Qanununu "Mədəniyyət haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
"Mülki
dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış) əşyaların
siyahısı haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004, ¹ 2, maddə 55; 2006, ¹ 2, maddə 73; 2007, ¹ 6, maddə 562;
2012, ¹ 7, maddə 670) 6-cı maddəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 oktyabr 2013-cü il
Azərbaycan.-2013.-5 dekabr.-S.1.