«Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 329-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:        

"Azərbaycan Respublikasının "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 329-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 255; 2004, ¹ 5, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalının təsviri"ndə:

1.1. birinci hissədə "35 mm" sözləri "36 mm" sözləri ilə əvəz edilsin;

1.2. üçüncü hissədə "səthlidir" sözündən sonra ", ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur" sözləri əlavə edilsin;

1.3. dördüncü hissədə:

1.3.1. birinci cümlədə "27 mm x 43 mm" sözləri "37 mm x 50 mm" sözləri ilə əvəz edilsin;

1.3.2. hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə gümüşü rəngli təbəqə bərkidilir.";

1.4. beşinci hissədə "27 mm x 9 mm" sözləri "37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.

2. Həmin qanuna əlavə edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 30 sentyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.3.