«Azərbaycan
Respublikasının «Hərbi xidmətlərə görə»
medalının Əsasnaməsinin və təsvirinin təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü
il 30 sentyabr tarixli 728-IVQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının "Hərbi xidmətlərə
görə" medalının Əsasnaməsinin və təsvirinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2013-cü il 30 sentyabr tarixli 728-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikasının "Hərbi xidmətlərə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 728-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 25 noyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.3.