«Azərbaycan
Respublikasının «Azərbaycan Respublikası Silahlı
Qüvvələri Veteranı» medalının Əsasnaməsinin
və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikasının 2002-ci il 17 may tarixli 329-IIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikasının 2013-cü il 30 sentyabr tarixli 734-IVQD
nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının "Azərbaycan
Respublikası Silahlı Qüvvələri Veteranı"
medalının Əsasnaməsinin və təsvirinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli 329-IIQ nömrəli Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 30 sentyabr tarixli 734-IVQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan
Respublikasının dövlət təltiflərinin
hazırlanması ilə bağlı bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
9 iyun tarixli 2855 nömrəli Sərəncamının
icrasını "Azərbaycan Respublikasının "Azərbaycan
Respublikası Silahlı Qüvvələri Veteranı"
medalının Əsasnaməsinin və təsvirinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli 329-IIQ nömrəli Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 30 sentyabr tarixli 734-IVQD nömrəli Qanununa
uyğun olaraq təmin etsin;
2. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 25 noyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.3.