«Azərbaycan Respublikasının «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan  Respublikasının  2006-cı  il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 317) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qanunla təsdiq edilmiş "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının təsviri"ndə:

1.1. dördüncü hissədə "həkk olunmuşdur" sözlərindən əvvəl ", medalın seriyası və nömrəsi" sözləri əlavə edilsin;

1.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə qırmızı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Xara lentin üzərində kənarları boyunca şaquli istiqamətdə eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 2 mm olan bir, 2-ci dərəcəli  medal  üçün  eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün enibir-biri ilə arası 2 mm olan üç zolaq təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, aşağı hissəsinə aypara və səkkizguşəli ulduz yerləşdirilmiş, eni kənarlarda 5 mm, mərkəzdə 15 mm ölçüdə olan çevrilmiş trapesiya formalı təbəqə bərkidilir.";

1.3. altıncı hissədə "20 mm x 10 mm" sözləri "37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.

2. Həmin qanuna əlavə edilmiş "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının eskizləri bu qanuna əlavə olunmuş "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının 1-ci, 2-ci və 3-cü dərəcələr üzrə yeni eskizləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Azərbaycan.-2013.-5 dekabr.-S.1.