«Azərbaycan
Respublikasının «Sərhəddə fərqlənməyə
görə» medalının Əsasnaməsinin və təsvirinin
təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikasının 2013-cü il 30 sentyabr tarixli 729-IVQD
nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 729-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan
Respublikasının dövlət təltiflərinin
hazırlanması ilə bağlı bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının
icrasını "Azərbaycan Respublikasının "Sərhəddə
fərqlənməyə görə" medalının
Əsasnaməsinin və təsvirinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2013-cü il 30 sentyabr tarixli 729-IVQD
nömrəli Qanununa uyğun
olaraq təmin etsin;
2. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 25 noyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.3.