«Toxumçuluq
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 354; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 241; 2003, ¹ 1, maddə 7; 2005, ¹ 11, maddə 997; 2007, ¹ 3, maddə 205, ¹ 5, maddə 398; 2008, ¹ 2, maddə 49) 27-ci maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci cümlədə "icazə verilmir" sözləri "yalnız "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilir" sözləri ilə əvəz edilsin;
2. üçüncü cümlə çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2013-cü il
Azərbaycan.-2013.-5 dekabr.-S.1.