«Azərbaycan Respublikasının «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 733-IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 733-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli  2855 nömrəli Sərəncamının icrasını Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 733-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;

2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 25 noyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.4.