«Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

 "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 5, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qanunla təsdiq edilmiş "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsviri"ndə:

1.1. üçüncüdördüncü hissələrin ikinci cümlələrində "dəniz dalğası (Pantone 3298 C) rəngindədir" sözləri "yaşıl rəngdədir" sözləri ilə əvəz edilsin;

1.2. dördüncü hissəyə aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:

"Medalın arxa tərəfində seriyası və nömrəsi həkk olunmuşdur.";

1.3. beşinci hissənin dördüncü cümləsində "dəniz dalğası (Pantone 3298 C)" sözləri "yaşıl" sözü ilə əvəz edilsin.

2. Həmin qanuna əlavə edilmiş "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 30 sentyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.4.