«Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının 90
illiyi (1919-2009)» Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi haqqında» Azərbaycan
Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini
rəhbər tutaraq qərara
alır:
"Azərbaycan Respublikası milli
təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)"
Azərbaycan Respublikasının yubiley medalının təsis
edilməsi haqqında" Azərbaycan Respublikasının
2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 1, maddə 4) aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin Qanunla təsdiq
edilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik
orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley medalının təsviri"ndə:
1.1. birinci hissədə
"lövhədən" sözü "xara lentdən"
sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissədə "35 mm" sözləri "36
mm" sözləri ilə əvəz edilsin;
1.3. dördüncü hissədə
"həkk" sözündən əvvəl ",
medalın seriyası və nömrəsi" sözləri əlavə
edilsin;
1.4. beşinci hissə
aşağıdakı redaksiyada verilsin:
"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lent yeddi şaquli zolağa bölünmüşdür. Xara lentin mərkəzində yerləşdirilmiş və üçdə iki hissəsini təşkil edən tünd göy zolaq aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən açıq göy rəngə dəyişir. Lentin qalan üçdə bir hissəsinin yarısı sol, yarısı isə sağ tərəfdə yerləşir və hər ikisi çəhrayı rənglidir. Çəhrayı rəngli zolaqların hər birinin mərkəzdəki zolağa yaxın hissəsində şaquli gümüşü rəngli nazik zolaq təsvir edilmişdir. Xara lentin alt və üst hissələrinə 40 mm x 5 mm ölçüdə təbəqələr bərkidilmişdir, alt təbəqənin üzərində şaquli nazik gümüşü rəngli xətlər istiqamətlənir.";
1.5. altıncı hissədə "27 mm x 9 mm" sözləri "37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.
2. Həmin qanuna əlavə edilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.4.