«Azərbaycan Respublikasının
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə
görə» medalının Əsasnaməsinin və təsvirinin
təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikasının "Hərbi əməkdaşlıq sahəsində
xidmətlərə görə" medalının Əsasnaməsinin
və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹
5, maddə 254) aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin qanunla təsdiq
edilmiş "Hərbi əməkdaşlıq sahəsində
xidmətlərə görə"
medalının təsviri"ndə:
1.1. birinci hissədə
"milli" sözündən əvvəl "mərkəzində
aypara və səkkizguşəli ulduz olan" sözləri əlavə
edilsin, "35 mm" sözləri "36 mm" sözləri
ilə əvəz edilsin;
1.2. beşinci hissədə "səthlidir"
sözündən sonra ", orta hissəsində medalın
seriyası və nömrəsi həkk olunmuşdur"
sözləri əlavə edilsin;
1.3. altıncı hissə
aşağıdakı redaksiyada verilsin:
"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentlə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin kənarlarından mərkəzinə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir.";
1.4. yeddinci hissədə "üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.
2. Həmin qanuna əlavə edilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının eskizi bu qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.-1 dekabr.-S.4.