MDB PA-nın 39-cu plenar iclasında

 

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti noyabrın 29-da  MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburq şəhərində keçirilən 39-cu plenar iclasında iştirak etdi.

 

İclası giriş sözü ilə MDB Parlamentlərarası Assambleya Şurasının Rusiya Federasiyası Federal Məclisi  Federal Şurasının sədri Valentina Matviyenko açdı. O, artıq neçə illərdir ki, ənənəyə çevrilmiş bu cür tədbirləri yüksək qiymətləndirdi, MDB çərçivəsində ikitərəfli, o cümlədən parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildirdi.  Qeyd etdi ki, qəbul olunan model qanunlar qanun yaradıcılığı baxımından parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayır.

Sonra plenar iclasda "Arxeoloji irsin qorunması haqqında", "Elektron sənəd haqqında", "Antikorrupsiya monitorinqi haqqında", "Kommersiya sirri haqqında", "Ekoloji audit haqqında", Təhsil Məcəlləsi Vergi Məcəlləsi haqqında, "Elmi parklar haqqında" digər model qanun layihələri müzakirə olundu, bu layihələrə dair şərh tövsiyələr dinlənildikdən sonra qəbul edildi.

Ümumilikdə, iclasın gündəliyində duran 25 məsələ müzakirə olunub qəbul edildikdən sonra parlament nümayəndə heyətlərinin rəhbərləri mətbuat qarşısında çıxış edərək iclasın yekunları barədə fikirlərini açıqladılar jurnalistləri maraqlandıran suallara cavab verdilər.

Günün ikinci yarısında "Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində onun yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz işinə başladı. Qazaxıstan parlamentinin təşəbbüsü ilə həyata keçirilən tədbirin əvvəlində parlament sədrləri Tavriya Sarayında təşkil olunmuş "Müasir dünyada nüvə təhlükəsizliyi" adlı sərgidə nümayiş etdirilən fotolara tamaşa etdilər.

Konfransı giriş sözü ilə MDB ParlamentlərarasıAssambleya Şurasının Rusiya Federasiyası Federal Məclisi  Federal Şurasının sədri Valentina Matviyenko açdı. O, dünyada sülhün əmin-amanlığın bərqərar olmasında bu cür konfransların əhəmiyyətini vurğuladı bu işdə parlamentlərin rolunun daha da artırılmasının vacibliyini bildirdi.

Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin konfrans iştirakçılarına Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müraciətini oxuduqdan sonra mövzu ətrafında geniş məruzə ilə çıxış etdi.

Sonra MDB iştirakçısı olan ölkələrin parlament sədrlərinin çıxışları oldu. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov nüvə təhlükəsizliyi nüvə silahlarının tərksilah olunması məsələsinin bu gün beynəlxalq aləmdə qlobal bir problem olduğunu bütün dövlətlərin kollektiv məsuliyyət daşıdığını qeyd etdi. Nüvə materialının xüsusiyyətləri elədir ki, təyinatından asılı olmayaraq ona qarşı məsuliyyətsiz münasibət qəbuledilməzdir. Buna misal olaraq böyük faciəyə insan tələfatına səbəb olmuş Çernobıl Fukusima qəzalarını göstərmək olar. Beynəlxalq birlik tərəfindən nüvə təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir ki, bunların arasında ilk olaraq Nüvə silahının yayılmaması haqqında müqaviləni qeyd etmək olar. Bu müqavilə 43 il öncə qüvvəyə minib. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq birliyin əsas məqsədlərindən biri nüvə terrorizminin qarşısının alınmasıdır. Bu istiqamətdə 2005-ci il aprelin 13-də qəbul edilmiş Nüvə Terrorizmi ilə Mübarizə Haqqında Beynəlxalq Konvensiya çox əhəmiyyətlidir. Azərbaycan Respublikasında bu müqavilə 2005-ci ilin 12 sentyabr tarixində imzalanaraq 2008-ci il dekabrın 2-də ratifikasiya olunub. Bu mühüm sənədi artıq 115 dövlət imzalayıb, 88 dövlətdə isə onun ratifikasiyası ilə əlaqədar qanunvericilik prosedurları həyata keçirilib. Köhnəlmiş nüvə obyektlərinin bütöv regionlara böyük təhlükə yaratdığı onların fəaliyyətinin tam dayandırılmasının vacibliyi bildirildi. Buna misal olaraq Ermənistanın Metsamor atom elektrostansiyası göstərildi.

 

Milli Məclisin Sədri nüvə silahının yayılmaması üçün hüquqi bazanın formalaşdırılmasını təmin etmək istiqamətində milli parlamentlərin rolu məsuliyyətini vurğuladı. O, qeyd edilən məsələ ilə bağlı müasir çağırışlara mümkün qədər tez cavab verərək, beynəlxalq müqavilələrin operativ ratifikasiyasını təmin etmək üçün parlamentarilərə müraciət etdi. Bütün milli parlamentlərə nüvə silahı olmadan bir dünyaya nail olmaq üçün möhkəm hüquqi bazanın yaradılması istiqamətindəki fəaliyyətlərində əzm   uğurlar arzuladı.

 

Digər parlament nümayəndə heyətləri rəhbərlərinin çıxışından sonra tədbir başa çatdı.

 

Azərbaycan nümayəndə heyəti noyabrın 29-da axşam vətənə döndü.

 

 

Akif TƏVƏKKÜLOĞLU

 

Azərbaycan.- 2013.- 1 dekabr.- S.5