Azərbaycanın xarici işlər naziri Brüsseldə

 bir sıra ikitərəfli görüşlər keçirmişdir

 

Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsseldə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə, Xorvatiya, Estoniya, Gürcüstan, Rumıniya və Finlandiya xarici işlər nazirləri ilə görüşlər keçirmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə NATO-nun Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatı, regional məsələlər, enerji təhlükəsizliyi və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə edilmişdir.

 

Azərbaycan.-2013.- 5 dekabr.- S.6.