Azərbaycanın xarici
işlər naziri Brüsseldə
Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə
yardım qüvvələrinə töhfə verən
dövlətlərin xarici işlər
nazirlərinin görüşündə iştirak
etmişdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-də Brüsseldə, NATO-nun mənzil-qərargahında Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə 2014-cü ildə başa çatacaq Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonra NATO-ya üzv və tərəfdaş ölkələrin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və bu ölkənin milli ordusuna yardım ətrafında fikir mübadiləsi aparılmışdır.
Elmar Məmmədyarov çıxış edərək Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə qadir və buna hazır olduğunu bildirmişdir. Nazir Azərbaycanın Əfqanıstan ilə münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd etmişdir. O, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulamışdır.
Səfər
çərçivəsində Elmar Məmmədyarov həmçinin
ikitərəfli görüşlər keçirmişdir.
Azərbaycan.-2013.- 5 dekabr.- S.6.