Dövlət orqanı vətəndaşlarla münasibətini dəqiq və aydın

 şəkildə müəyyən olunmuş qaydalar əsasında qurmalıdır

 

Dövlət-vətəndaş münasibətləri probleminin səmərəli həlli yollarının axtarışı tarixən dövlətçiliyin yaranmasına və inkişafına təsir edən önəmli amillərdən biri və bəlkə də birincisidir. Əslində dövlətçiliyin inkişafı tarixi elə dövlət-vətəndaş münasibətlərinin inkişafı tarixidir. Dövlət-vətəndaş münasibətlərinin qurulması ilə bağlı bəşəriyyətin yaratdığı zəngin tarixi irsdən bəhrələnmək, yararlanmaq, müasir dünyanın inkişaf tendensiyalarını, dövlətçilik standartlarını nəzərə almaq borcumuzdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin demokratikləşdirilməsi istiqamətində görüləsi nəzərdə tutulanbu istiqamətdə real olaraq görülən işlər bizdən əzəli və əbədi problemə, yəni  vətəndaş-dövlət münasibətləri probleminə yeni yanaşmanı tələb edirheç şübhəsiz ki bu baxımdan dövlət orqanlarının idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsulqaydalar konstitusion prinsiplərə əsaslanmalı, hüquqi dövlətin tələblərinə və ədalətə cavab verməli, maraqlı şəxslərin mənafelərini mütləq nəzərə almalıdır.

Liberal-demokratik ölkələrin təcrübəsi göstərir ki, dövlət orqanlarının və ya inzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən olunması hakimiyyətdən sui-istifadənin, vətəndaşların hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınmasında çox səmərəli təminat vasitəsidir.Hər bir dövlət orqanı vətəndaşlarla münasibətini dəqiq və aydın şəkildə müəyyən olunmuş qaydalar əsasında qurmalıdır.

Konstitusiya ənənələrinə malik demokratik ölkələrdə  dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bu prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Bu isə o deməkdir ki, heç bir dövlət orqanı, vəzifəli şəxs və dövlət qulluqçusu buya digər məsələni qanunla müəyyən edilmiş qaydadan kənar, özünün şəxsi mülahizələri prizmasından həll edə bilməz.

Vətəndaşların hüquq və azadlıqlarının  müdafiəsinin real təmin olunması məsələsi müasir hüquqi dövlətin əsas vəzifəsi sayılır. Hüquqi müdafiənin məhz konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyi, şəffaflığı və sadəliyi vətəndaşları (şəxsləri) inzibati orqanların və vəzifəli şəxslərin özbaşınalığından, süründürməçiliyindən qoruya bilər. Digər tərəfdən də belə vahid icraat prosedurları dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və faydalı əmsalının, idarəçilik funksiyalarının yerinə yetirilməsi ilə bağlı onların məsuliyyətinin artırılmasını təmin edir.

Bu sahədə "İnzibati icraat haqqında" ümumi qanunun qəbul edilməsi dövlət-vətəndaş münasibətlərinin qurulmasında mövcud olan problemlərin həlli ilə bağlı həyatı zərurətin ifadəsi kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə qeyd edilməlidir ki, "İnzibati icraat haqqında" qanununİPM-nin qüvvəyə minməsinin, İnzibati məhkəmələrin 3 ilə yaxındır ki, fəaliyyətə başlamasının insan hüquq və azadlıqlarının qorunmasında çox böyük rolu vardır. Belə ki, 2007-ci ildə qüvvəyə minmiş "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycanın hüquq sistemində yenilik yaratmışdır. Bu qanunda inzibati orqanların vətəndaşlarla münasibətindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların qərarlar qəbul edən zaman nəzərə almalı olduqları ümumiprosedur prinsiplər, habelə inzibati orqanların ciddi şəkildə qanuna bağlı olması öz əksini tapmışdır. Bundan başqa qanunda inzibati orqanların qanunsuz qərarlarının yoxlanılması və  onlara dəyişikliklər edilməsi məqsədi ilə vətəndaşlar üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Buna görə də təsadüfi deyildir ki, 2011, 2012, 2013-cü illər ərzində İnzibati-iqtisadi məhkəmələrdə fizikihüquqi şəxslər tərəfindən inzibati orqanlara qarşı irəli sürülmüş inzibati mübahisələr üzrə iddialara baxılması statistikası göstərir ki, bu cür  mübahisələrin sayı ildən, ilə artır. Məsələn, 2011-ci ildə 6818, 2012-ci ildə 11205, 2013-cü ilin altı ayında 7963 iddia ərizələri məhkəmələrə daxil olmuşdur. Həmin iddialar üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun qərarlardan 2011-ci ildə 84,1 faiz, 2012-ci ildə 80,3 faiz, 2013-cü ilin altı ayında isə 77,4 faiz iddialar təmin edilmişdir. Bu cür artım əsasən vətəndaşların inzibati-iqtisadi məhkəmələrə inamının artması ilə izah olunsa da, bəzi hallarda ərizələrin sayının artması və onların bəzilərinin təmin edilməməsi vətəndaşların əsassız iddialar verməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, həmin iddiaların əsas hissəsi torpaq sahələri üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan mübahisələrdən irəli gəlir. Bu sahədə məhkəmə praktikasının təhlili nəticəsində müəyyən olunmuşdur ki, bu cür iddiaların sayının artması bir tərəfdən vətəndaşların hüquqi biliklərinin zəif olması, digər tərəfdən isə inzibati orqanların vətəndaşlara yardım etməməsi səbəbindən baş verir.

Bu məqalənin məqsədi vətəndaşların torpaq sahələrinə olan hüquqlarının qeydə alınması ilə bağlı qanunun tələblərinin izah edilməsindən, əsassız iddiaların qarşısının alınmasından, vətəndaşların hüquqlarının daha səmərəli şəkildə həyata keçirilməsindən ibarətdir.

Birinci növbədə vətəndaş bilməlidir ki, o özünə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsinin tələblərinə riayət etməlidir. Belə ki, həmin qanunun normasına əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalarqurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalarqurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yerin təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunurqeydiyyat orqanına verilən ərizəyə həmin qanunun 10.2.2. maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü əlavə olunur.

Lakin ərizəçilərin əksəriyyətində torpaq sahələrinin planını və ölçüsünü əks etdirən sənəd olmur. Bu səbəbdən də  daşınmaz əmlakın dövlət reyestr xidməti orqanı torpaq sahəsinə hüquqların qeydə alınmasından haqlı olaraq imtina edir, buna baxmayaraq həmin inzibati orqanın əsaslı imtinası vətəndaşlar tərəfindən məhkəmə qaydasında mübahisələndirilərək onların istifadəsində olan torpaqya bağ sahələrinə planölçünün verilməsinin reyestr xidmətinə həvalə edilməsi barədə məcburetmə haqqında iddialar qaldırılır.

Xüsusi olaraq qeyd olunmalıdır ki, torpağın ilkin qeydiyyatının aparılması üçün ərizəçinin torpaq sahəsinə planı və ölçüsü olmalıdır və həmin sənədin tərtib edilməsi Reyestr xidmətinin deyil, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətindədir. Belə ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektivkooperativ bağların, dövlət bağçılıq  təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektivkooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

Məhz buna görə də göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ilk növbədə torpağın planı və ölçüsünün verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməlidir. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektivkooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti (qərar, sərəncam, müqavilə) əlavə edilməlidir.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektivkooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verməlidir. Bundan sonra vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin 10.20-ci maddəsinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir. Beləliklə vətəndaşlar reyestr xidmətinə müraciət etməzdən əvvəl ilk növbədə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməli, qanuni əsaslar olduqda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpağa planölçünü verməlidir.

Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərinin aparılması, habelə texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 06.10.2010-cu il tarixdə "Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri" haqqında qərar qəbul etmişdir. Qərara əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir.

Qərarin 2.4.5-ci maddəsinə müvafiq olaraq mərzçəkmə işlərində  torpaq sahəsinin fizikiya hüquqi şəxsə verilməsi barədə səlahiyyətli orqanların qərar və sərəncamlarına istinad edilir.

Vətəndaşlar bilməlidilər ki, həmin qərarin 6.1, 6.2 maddələrinin tələblərinə əsasən mərzçəkmə işlərinin aparılması nəzərdə tutulan torpaq sahələrinin mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin və hüquqlarına toxuna biləcək hüquqi fiziki şəxslərin məlumatlandırılması üçün mərzçəkmə işlərinin başlanılmasına 5 gün qalmış xüsusi elan və lövhələrdə, mətbuatda və DTXK-nın rəsmi internet saytında bu işlər barədə müvafiq məlumatlar yerləşdirilir və onlara DTXK-nın müvafiq rayon (şəhər) şöbəsi tərəfindən rəsmi bildiriş göndərilir. Bildiriş göndərilmiş hüquqifiziki şəxslərin mərzçəkmə işlərinin yerinə yetirilməsində iştirak etməməsi (gəlməməsi) bu işlərin aparılmamasına əsas vermirgörülmüş işlərin nəticələri barədə həmin hüquqifiziki şəxslərə məlumat xarakterli təkrar bildiriş göndərilir. Torpaq sahələrinin yerdə (naturada) sərhədləri müəyyən edildikdən, razılaşdırıldıqdan və mərz nişanları basdırıldıqdan sonra bu qaydaların 7.1-ci və 7.2-ci bəndlərində göstərilənlərin iştirakı ilə mərzçəkmə işlərinin nəticələri ilə bağlı akt tərtib edilir, imzalanır və möhürlə təsdiq edilir. Akt təsdiq edildiyi vaxtdan 30 gün müddətində hər hansı bir irad və təklif rəsmi formada DTXK-ya təqdim oluna bilər, əks halda torpaq sahəsinin sərhədləri yerdə (naturada) razılaşdırılmış hesab olunur.

Qanunun göstərilən tələblərinə uyğun olaraq vətəndaşlar bağ sahələrinin plan və ölçülərini əldə edəndən sonra müvafiq reyestr xidmətində onların bağ sahələrinə olan hüquqlarının qeydiyyata alınması mümkündür.   

 Xüsusi olaraq qeyd olunmalıdır ki, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır.

Hər bir vətəndaş bilməlidir ki, arzuladığı inzibati aktın qəbul edilməsi üçün ərizəçinin buna dair subyektiv hüququ olmalıdır. Başqa sözlə, iddiaçının inzibati aktın qəbul edilməsi üçün tələb hüququ yoxdursa, inzibati orqanın üzərinə öhdəlik qoyula bilməz.

Bundan başqa qeyd olunmalıdır ki, hər bir inzibati orqan vətəndaşlarla münasibətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş qaydalar əsasında qurmalı olduğu halda bəzən bunu etməkdən yayınır. Belə ki, Azərbaycan Respublikası "İnzibati icraat haqqında" qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin qanunun 33.2 və 33.3-cü maddələrinə görə ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.

Lakin məhkəmə praktikasından müəyyən olunur ki, bəzi hallarda  inzibati orqanlar göstərilən qanunun normalarına riayət etmirlər, yəni ərizəçinin müraciət etdiyi inzibati orqan ərizəni səlahiyyətli inzibati orqana göndərmədən, vətəndaşlara hüquqlarını izah etmədən, ərizənin icrasından imtina edərək vətəndaşlara yardım etmək vəzifəsindən yayınırlar. Halbuki, "İnzibati icraat haqqında" qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə və ya vəsatətlərin verilməsində, ərizə və ya vəsatətdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

Qanunun göstərilən tələblərinin inzibati orqanlar tərəfindən yerinə yetirilməsi heç şübhəsiz ki, vətəndaşların əsassız iddialarının bir qisminin qarşısını ala bilər və vətəndaşların hüquqlarının həyata keçirilməsinin səmərəliliyini təmin edə bilər.

Vətəndaşların əsassız iddiaların qaldırılmasının  qarşısının alınmasında  onların məhkəmədə təmsil edən vəkillərinin də rolu çox önəmlidir. Belə ki, məhkəmə praktikası onu göstərir ki, əksər hallarda vətəndaşların uğursuz iddiaları rədd olunduğu zaman məhkəmə qərarından verilən əsassız şikayətlər vəkillər tərəfindən dəstəklənir. Nəticədə  vətəndaş uzun müddətli məhkəmə mübahisələrinə cəlb edilmiş olursonda müsbət nəticə əldə edə bilmir.

 

 

 

Nigar RƏSULBƏYOVA

Azərbaycan.-2013.- 5 dekabr.- S.8.