Özbəkistanın sharh.uz
internet portalında ulu
öndər Heydər Əliyevin
həyat və fəaliyyəti
haqqında geniş məqalə yerləşdirilib
Özbəkistanın sharh.uz internet portalında Azimjon Pulatovun ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında özbək dilində geniş məqaləsi yerləşdirilmişdir.
Məqalədə ulu öndərin uşaqlıq, gənclik və tələbəlik illərindən söhbət açılır, təhlükəsizlik orqanlarındakı işi və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyəti haqqında məlumat verilir.
Materialda ümummilli liderin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyətindən ətraflı söhbət açılır. Bildirilir ki, 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtmışdır.
Müəllif müstəqil Azərbaycanın dirçəlişi və inkişafı istiqamətində ulu öndərin müstəsna xidmətləri haqqında da oxuculara ətraflı məlumat verir, onu müasir Azərbaycanın memarı və qurucusu adlandırır.
Məqalədə,
həmçinin Azərbaycan ilə Özbəkistan
arasında əlaqələrin inkişafında Heydər
Əliyevin böyük rolunun olduğu diqqətə
çatdırılır.
Qulu KƏngƏrli,
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd
Azərbaycan.-2013.- 5 dekabr.- S.11.