ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
nümayəndə heyətləri
başçılarının,
Azərbaycanın və
Ermənistanın xarici
işlər nazirlərinin birgə bəyanatı
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri üzrə naziri Tyerri Repentin, ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Viktoriya Nuland), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Nazirlər Şurasının Kiyevdə iclasının keçirilməsi ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin artıq əldə olunmuş razılaşmalar əsasında sülh yolu ilə ədalətli həllinə yönəlmiş birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəlmişlər.
Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyədə dialoqun bu yaxınlarda bərpa edilməsini alqışlamış və ümidvar olduqlarını bildirmişlər ki, qarşıdakı görüşlər sülh prosesinin irəliləməsinə kömək edəcəkdir. Onlar tərəfləri regionda gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə çağırmışlar.
Azərbaycanın
və Ermənistanın xarici işlər nazirləri yüksək
səviyyədə növbəti danışıqlara
hazırlıq məqsədi ilə Minsk qrupunun həmsədrlərinin
himayəsi ilə 2014-cü ilin əvvəlində yenidən
görüşmək barədə razılığa gəlmişlər.
Nazirlər bildirmişlər ki, regionun əhalisi çox uzun sürən münaqişənin həllində
tərəqqi əldə olunacağını gözləyir
və o buna layiqdir. Nazirlər həmsədr ölkələrin
vasitəçilik səylərini yüksək qiymətləndirmişlər.
Azərbaycan.-2013.-6 dekabr.-S.1.