Bakıda Azərbaycan-Avstriya biznes-forumu

 

Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 5-də Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş forumda tikinti, neft-qaz, İKT, yüngül sənaye, kimya sənayesi, maşınqayırma, qida sənayesi üçün avadanlıq, logistika, havalandırma sistemləri, konsaltinq və digər  sahələrdə fəaliyyət göstərən 130-a yaxın şirkətin təmsilçiləri iştirak etmişlər.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxış edərək Azərbaycan-Avstriya iqtisadi-ticarət əlaqələri barədə məlumat vermiş, bu qəbildən olan tədbirlərin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində və adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulamışdır. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar, yerlixarici adamları üçün yaradılmış əlverişli biznesinvestisiya mühiti, həyata keçirilən iri layihələr barədə də məlumat verən R.Məmmədov iqtisadiyyata xarici investisiyaların cəlb olunması sahəsində ölkəmizin "Açıq qapı" siyasəti yeritdiyini diqqətə çatdırmış, avstriyalı adamlarını yerli sahibkarlarla fəal əməkdaşlığa dəvət etmişdir.

Avstriyanın ölkəmizdəki səfiri Silvia Mayer-Kaybiç çıxışında ölkələrimiz arasındakı əlaqələrdən danışmışdır.

Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, adamları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulamış, iqtisadi sahədə əməkdaşlığın inkişaf istiqamətləri barədə məlumat vermişdir.

AZPROMO rəhbərinin müşaviri Natiq Mədətov Azərbaycanın investisiya mühitibiznes imkanlarına, "Advantage Austria" təşkilatı baş direktorunun müavini Karl Hartleb isə Avstriyanın biznes imkanlarına dair təqdimatlarla çıxış etmişlər.

Tədbir çərçivəsində hər iki ölkənin təqdimatlarına dair videoçarxlar nümayiş olunmuş, iş adamları arasında ikitərəfli işgüzar görüşlər keçirilmişdir.

 

Azərbaycan.-2013.-6 dekabr.-S.4.