Bakıda «YARAT!» Müasir İncəsənət Məkanının təşkilatçılığı

 ilə fransız rəssamı və fotoqrafının sərgisi

 

"Natəvan" qalereyasında "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə fransız rəssamı və fotoqrafı Alein Zimerayın "Əbədilik" mövzusunda fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgi vasitəsilə Alein Zimeray bizi özünün əbədiyyətə dair baxışları ilə bölüşməyə dəvət edir. L.Aragonun dediyi kimi, əbədiyyət "bəşəri məfhumların sonsuz baharına" toxunur. Bizi həyatın mənası barədə fikirləşməyə vadar edən də elə fotoşəklin öz təbiətidir.

"XXI əsrin madonnaları" qalereyasından qadınlar, o cümlədən öz şəkillərində ayaqlarını çəkmiş olduğu parisli qadınlar, Venesiyanın turistyerli xanımları - onların hamısı bəşəri əbədiyyətin bir parçasıdır.

Qadınlar bəşəriyyətin oyanışını ifadə edir, cəmiyyəti məftun, cəlb edir, onlar sevilir, incidilir. Bu zərif məxluqlar qorxuducu, çox vaxt da ehtiraslarını ətrafa yayanlar da ola bilərlər. Elə bu qaçılmaz məftunluqdan özünü qurtarmaq cəhdlərində fransız rəssamı və fotoqrafı Alein Zimeray bizə öz şəkillərinin hissiyyatına qovuşmağa imkan yaradır. Zərif, lakin səhv olaraq zəif cinsin nümayəndələri adlandırılan qadınlar həmişəlik müəmma olaraq qalacaqlar.

Venesiya Paris: çox simvolik bir seçim. Venesiya sənətkarın nəfəs aldığı, Paris isə yaşadığı şəhərdir. Qış dumanının örtüyü altında toranlığın irəli atıldığı köhnəlmiş binaların arxasında gizlənən müəmmalar. Əgər göydən baxsaq, Venesiya sonsuz kanalların sularında çimən, kişi qucağında nazlanan qadını xatırladır. Akua Altada kişi qadını qolları arasına alaraq qucaqlayır. Kişi yaradıcılığı - çox yaxın bir əbədilikdir, lakin qurduğunu çox vaxt məhv edən elə özü deyilmi?

Rəssam fotoqraf Alein Zimeray 1954-cü ildə anadan olmuşdur. O, hələ lap uşaqlıqdan müasir incəsənət kainatına baş vurmuşdur. Böyük kolleksiyaçı olan atasının köməyi ilə Arman, Man Rey Piter Berd kimi rəssamlarla, həmçinin qalereya sahibləri 60-cı illər Parisinin bütün incəsənət elitası ilə tanış olmuşdur.

Onun sənət işləri qadınlıq bədən, portret dəniz üzərində mərkəzləşir. Bu mövzular sənətkarın çap olunmuş iki kitabında - "Les Dames de la Mer" "Sentinelle des mers"da öz əksini tapmış onun müxtəlif fərdi birgə sərgilərində nümayiş etdirilir.

Əsas məqsədi xüsusi olaraq əl çatmayanı görməyə göstərməyə çalışan fotoqraf hadisənin adi təsvirindən kənara çıxaraq mövzu üzərindən yüksəlməyə cəhd edir. Alein Zimerayın işlərini onun müraciət etdiyi mövzudan asılı olmayaraq hissiyyatın zərif toxunuşunun axtarışından tanımaq olar. Onun fərdi üslubu qadınların ayaqları ətrafında, atmosferin ağırlığında yaxud rəsmin mahiyyətinin, qeyri-aydınlığın səthin hissiyyatının bir anlamda birləşəcəyi qara şəkillərin toxunula biləcək hissəciklərində aşkar olunan yüngül "sfumato" texnikasında ifadə edilə bilər.

Sərgi dekabrın 18-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.-6 dekabr.-S.7.