Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidmətinin rəisi Masallıda vətəndaşları
qəbul etdi
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov dekabrın 5-də qurumun Masallı Rayon Şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarından olan vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, Xidmətin strukturları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir.
Qəbulda vətəndaşların müraciətləri əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə və həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, möhlət hüququnun verilməsi məsələlərində köməklik göstərilməsi və digər məsələlərlə bağlı olmuşdur.
Qəbul
zamanı vətəndaşların müraciətlərinin
böyük əksəriyyəti elə yerindəcə həllini
tapmışdır. Xidmətin səlahiyyətinə aid olmayan müraciətlər
isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Azərbaycan.-2013.-6 dekabr.-S.7.