Cənubi Afrika
Respublikasının Prezidenti
zati-aliləri
cənab Ceykob Gedleyihlekisa
Zumaya
Hörmətli cənab Prezident!
Cənubi Afrika Respublikasının keçmiş Prezidenti, xalqınızın böyük oğlu, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, Nobel mükafatı laureatı Nelson Mandelanın vəfatı xəbərindən son dərəcə kədərləndim.
Nelson Mandela Cənubi Afrika Respublikasının inkişafı, xalqının rifahının yüksəlməsi və ölkədə ədalətli cəmiyyətin qurulması istiqamətində böyük işlər görmüşdür. Nelson Mandelanın əziz xatirəsi doğma vətənində və onun hüdudlarından kənarda milyonların yaddaşında əbədi yaşayacaqdır.
Bu
ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə,
Cənubi Afrika Respublikasının xalqına Azərbaycan
xalqı adından və şəxsən öz adımdan dərin
hüznlə başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 7 dekabr.- S.1.