Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası adından Sizi salamlayır, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Prezidentliyinizin yeni mərhələsində bol-bol uğurlar arzulayıram. Əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə növbəti iqtisadi layihələrin həyata keçirilməsində də böyük uğurlar qazanacaqdır.

Apardığınız məqsədyönlü siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı və beynəlxalq əlaqələri dinamik sürətdə inkişaf edir. Bu inkişaf bizim Ticarət Palatamızın Azərbaycan Respublikası ilə ABŞ arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyəti üçün daha da münbit zəmin yaradır. Sizin səyləriniz sayəsində bunun davamlı olacağına inanır, Sizə möhkəm cansağlığı və uğurlar diləyirəm.

Hörmətlə,

 

 

 

Rza VƏZİRİ,

ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri

Azərbaycan.-2013.-  7 dekabr.- S. 1.