Bolqarıstanın nüfuzlu
«Novinar» qəzetində «Bakı dünya
elitasının nümayəndələrini
və 13 Nobel mükafatçısını
bir məkana toplamışdır» sərlövhəli
məqalə dərc olunmuşdur
Bolqarıstanın nüfuzlu "Novinar" qəzetində "Bakı dünya elitasının nümayəndələrini və 13 Nobel mükafatçısını bir məkana toplamışdır" sərlövhəli məqalə dərc olunmuşdur.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirilmişdir ki, məqalənin müəllifi həmin qəzetin III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş baş redaktoru Stoyan Sirakovdur.
Məqalənin əvvəlində Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə aparılmış islahatlar nəticəsində iqtisadiyyatı dinamik inkişaf edən Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilərək "Qafqazın pələngi" adlandırılmasından bəhs edilir.
Enerji sektorunun sürətli inkişafı nəticəsində Azərbaycan xalqının yaşayış səviyyəsinin yaxşılaşmasından, paytaxtın daha da gözəlləşməsindən yazan müəllif Bakını Dubay, Las-Veqas kimi dünyanın ən məşhur göydələnlər şəhərlərinə bənzətmişdir.
Müəllif
eyni zamanda, Azərbaycan hökumətinin uğurlu xarici siyasəti
nəticəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsindən,
Xəzər dənizinin sahilində yerləşən bu
şəhərdə III
Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsindən
söz açmışdır. Bundan əlavə, məqalədə
III Bakı Beynəlxalq Humanitar Forumundan öncə Cənubi Qafqazda
və Mərkəzi Asiyada ilk
dəfə olaraq Bakı Davos
Ümumdünya İqtisadi
Forumu, Madrid Klubunun toplantısının keçirilməsindən
və bu tədbirlər çərçivəsində
keçmiş prezidentlərin, baş nazirlərin və digər tanınmış
şəxsiyyətlərin iştiraklarından bəhs
edilmişdir.
Məlumat verilmişdir ki, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün 100-dən çox ölkədən 700-ə yaxın nümayəndə Azərbaycana gəlmişdir. Supermodern üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzində keçirilmiş forumda dünya siyasi və intellektual elitasının nümayəndələri, rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm və mədəniyyət xadimləri, 13 Nobel mükafatı laureatı iştirak etmişdir.
Həmçinin məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrikləri barədə məlumat verilmişdir.
Forumun rəsmi açılışında çıxış edən Prezident İlham Əliyev ölkələr və xalqlar arasında humanitar sahədə əməkdaşlıqdan, vətəndaş cəmiyyətinin formalaşmasından, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafından, multikulturalizmin Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olmasından danışmışdır.
Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin forumda iştirakından və çıxışından bəhs edilmişdir.
Müəllif Humanitar forum çərçivəsində Naxçıvan şəhərinə səfərindən bəhs edərək, onu qədim xəzinə adlandırmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məhz bu şəhərdə anadan olduğunu xüsusi ilə qeyd etmişdir.
Məqalədə milli mətbəximizin zənginliyindən də söhbət açılmışdır.
AzərTAc
Azərbaycan.-2013.-7 dekabr.-S.4.