Virgil Stefan
NİTULESKU: Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayır
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Rumıniyanın Milli Kənd Muzeyinin baş meneceri Virgil Stefan Nitulesku AzərTAc-a müsahibəsində demişdir.
Sessiyanın
yüksək səviyyədə təşkilinə görə
ölkəmizə minnətdarlığını bildirən
Virgil Stefan Nitulesku aparılan dialoq, müzakirə və
debatların Azərbaycan üçün gələcəkdə
daha səmərəli, faydalı əməkdaşlığa
şərait yaradacağına əminliyini ifadə
etmişdir.
Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu deyən V.Nitulesku beynəlxalq miqyasda ölkəmizə artan marağı məmnunluqla qeyd etmişdir. O, bu cür mötəbər tədbirlərin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırmışdır.
Azərbaycanın Rumıniyada bir çox sahələrə sərmayə yatırdığını bildirən V.Nitulesku ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirərək demişdir: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin fəaliyyəti ölkənizdə bütün dinlərə sayğı ilə yanaşıldığının göstəricisidir. Dini tolerantlıq Azərbaycanın zənginliyidir. Ölkənizdə dövlət və din arasında münasibətlər müvəffəqiyyətlə tənzimlənir".
Qonaq demişdir: "Bakıya artıq ikinci səfərimdir. Görməli yerləriniz, gözəl parklarınız, tarixi abidələriniz xoş təəssürat yaradır. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir".
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan rumıniyalı qonaq müasir dünyada sülh fəlsəfəsinin yayıldığı bir dövrdə regionda belə problemin olmasının bölgəyə mənfi təsir göstərdiyini qeyd etmişdir. Tərəflər arasında dialoqların aparılmasının əhəmiyyətindən danışan Virgil Stefan Nitulesku Avropa İttifaqının və digər beynəlxalq qurumların məsələnin sülh yolu ilə həllinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulamışdır.
Münaqişənin
yalnız danışıqlar yolu ilə həll
olunmasının vacibliyini qeyd edən V.Nitulesku Azərbaycanın
ənənəvi çövkən oyununun UNESCO-nun Təcili
Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilməsi münasibətilə ölkəmizi
təbrik etmiş, bu oyunun əslində milli adət-ənənəni
aşıladığını və milli mənliyin
formalaşmasında böyük rol oynadığını
qeyd etmişdir.
Azərbaycan.-2013.-7 dekabr.-S.4.