Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə

 Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini

 iclaslarla davam etdirmişdir

 

Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini iclaslarla davam etdirir.

AzərTAc xəbər verir ki, sessiya çərçivəsində dekabrın 6-da günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas başlamışdır.

Əbülfəs Qarayevin təklifi ilə sessiyanın iştirakçıları Cənubi Afrika Respublikasının keçmiş Prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra sessiya işini davam etdirmişdir. Əvvəlcə 2014-cü il üçün məşvərətçi qurumun yaradılmasına onun texniki şərtlərinə dair işçi sənəd müzakirə edilmiş qərar layihəsi ("8.COM 9.a") qəbul olunmuşdur.

Daha sonra iclasda əməliyyat direktivlərinə ilkin düzəlişlər müzakirə olunmuşdur. Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibi Sesil Düvel bildirmişdir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2012-ci ilin dekabrında Parisdə keçirilmiş sessiyasında mühafizənin, kommersiyalaşmanın davamlı inkişafın arasında münasibətlər müzakirə edilmiş, müxtəlif rəy təkliflər verilmişdir. Bildirilmişdir ki, Konvensiyanın yerinə yetirilməsi üzrə əməliyyat direktivləri mütəmadi olaraq yenilənir. Hazırda "8.COM 13.a" qərar layihəsinin 116 117-ci bəndlərinə müəyyən dəyişikliklər edilmişdir.

Sonra müvafiq düzəliş dəyişikliklər aparılaraq "8.COM 13.a" sənəd layihəsi qəbul olunmuşdur.

Sessiyanın dekabrın 6-da keçirilən iclasında, həmçinin Bəşəriyyətin Qeyri-Maddi İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyaların nəzərdən keçirilməsi üçün seçim məsələlərinə dair işçi sənəd müzakirə edilmişdir.

Daha sonra əməliyyat direktivlərinə ilkin düzəlişlər məsələsi nəzərdən keçirilmişdir. Müvafiq sahə üzrə siyahıya salınmış elementin genişləndirilməsi ya ixtisara salınması proseduru müzakirə edilmiş sənəd layihəsi ("8.COM 13.c") qəbul edilmişdir.

Sonra sessiyanın iştirakçıları üçün İçərişəhərə infotur təşkil edilmişdir.

Əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurmuşdur.

İçərişəhərlə tanışlıq zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır bunlar qorunub saxlanılır.

Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini günün ikinci yarısında mədəniyyət turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirmişdir.

Tədbirdə nominasiyaların qiymətləndirilməsi, köməkçi məşvərətçi qurumun vəziyyəti barədə geniş fikir mübadiləsi aparılmışdır.

Müvafiq düzəliş dəyişikliklər aparılaraq "8.COM 13.d" sənəd layihəsi qəbul olunmuşdur.

Sonra Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibi xanım Sesil Düvel qeyri-hökumət təşkilatları barədə hesabatla çıxış etmişdir.

Bildirilmişdir ki, sessiyanın ilk günündə Azərbaycan paytaxtında qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumu təşkil olunmuşdur. Forumda 150-dən artıq Beynəlxalq qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak etmişlər.

Vurğulanmışdır ki, UNESCO-nun 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin ali məclislərində indiyədək 156 QHT akkreditə olunmuşdur. Onların bəziləri qeyri-maddi mədəni irsin əsas daşıyıcıları ilə sıx əlaqə saxlayır, digərləri sadəcə mədəni vasitəçi kimi fəaliyyət göstərirlər.

Diqqətə çatdırılmışdır ki, QHT-lər konvensiyanın işində mühüm rol oynamaq niyyətindədirlər. Buna görə də QHT-lər üçün akkreditasiya prosesi dəyişdirilməli və onların qeydiyyat məsələsinə yenidən baxılmalıdır.

Hesabat ətrafında fikir mübadiləsi aparan iştirakçılar vurğulamışlar ki, qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da rolu əvəzsizdir. Bu səbəbdən də QHT-lər üçün meyarlar dəyişdirilməlidir.

 Müvafiq sahə üzrə siyahıya salınmış elementin genişləndirilməsi və ya ixtisara salınması proseduru müzakirə edilmiş və sənəd layihələri ("8.COM 14.a" və "8.COM 14.b ") qəbul edilmişdir.

Qərara alınmışdır ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyası 2014-cü il noyabrın 24-dən 28-dək Parisdə keçirilsin.

Dekabrın 7-də sessiya işini davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.-7 dekabr.-S.6.